» » » Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

İyulun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti az buludlu, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Ucarliyiq.biz-ə verilən xəbərə görə, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 23-26 dərəcə isti, gündüz 32-36 dərəcə isti, Bakıda gecə 24-26 dərəcə isti, gündüz 34-36 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 754 civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən yağmursuz, akin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-əyrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 17-22 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 22-23-də Abşeron yarımadasında güclü küləyin əsməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, xəzri küləyi fonunda havanın temperaturunun tədricən enməsi müsbət amildir.