» » » SOCAR-a məxsus avtomobil qəza törətdi: Ölən və yaralananlar var

SOCAR-a məxsus avtomobil qəza törətdi: Ölən və yaralananlar var

SOCAR-a məxsus avtomobil qəza törətdi: Ölən və yaralananlar var

Şirkət məlumat yaydı.

SOCAR-a məxsus avtomobil qəza törədib.

Bu barədə ucarliyiq.biz-ə şirkətdən bildiriblər.

Məlumata görə, SOCAR-ın Təhlükəsizlik İdarəsinin neft kəmərlərini mühafizə edən 35 saylı komandasında posta təhkim olunmuş 90 AR 644 dövlət nömrə nişanlı “Mitsubishi” markalı nəqliyyat vasitəsi bu gün səhər saat 7 radələrində Böyükşor-Sumqayıt kəmərinin 10-cu kilometrində xəttin 70 metrliyində idarəetməni itirərək, arxadan qarşıdakı avtomobilin qoşqusuna çırpılıb.

“Qəza nəticəsində sürücü Məlikli Mətləb Abdulla oğlu hadisə yerində keçinib, atıcılar Sadıqov Sakit Babat oğlu və Məmmədov Rəşad Fazil oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib” - deyə, SOCAR-dan qeyd ediblər.

SOCAR-dan onu da bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.