» » » Mətbuat Şurasının Ali Media Mükafatının laureatlarının adları məlum oldu – SİYAHI

Mətbuat Şurasının Ali Media Mükafatının laureatlarının adları məlum oldu – SİYAHI

Mətbuat Şurasının Ali Media Mükafatının laureatlarının adları məlum oldu – SİYAHI

Qalib adına Sona Vəliyeva layiq görülüb.

Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının mükafat komissiyasının iclası keçirilib.

Şuradan Ucarliyiq.biz-ə verilən məlumata görə, Şuranın İdarə Heyətinin üzvlərindən ibarət komissiya mükafatın 2016-cı il üçün laureatlarının müəyyənləşdirilməsi məsələsini nəzərdən keçirib.

Müzakirələrdən sonra aşağıdakı adları qeyd edilən şəxslər Ali Media Mükafatının 2016-cı il üçün laureatları olaraq təsdiqləniblər. Laureatlara mükafatlar bu gün – 22 iyul 2016-cı il tarixdə milli mətbuatımızın 141 illiyi ilə bağlı “Altun saray” restoranında keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.

Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə - Media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətlərinə görə təltif ediliblər:

Seyfəddin Hüseynli, “525-ci qəzet”in baş redaktor müavini;

Azər Ayxan, “Yeni Müsavat” qəzetinin baş redaktor müavini;

Aida Eyvazova, jurnalist-publisist;

Rəfiqə Sadıqova, “Gəncənin səsi” qəzetinin baş redaktoru;

Rəşid Hüseynov, jurnalist-publisist.

Ali Media Mükafatının 2-ci dərəcəsi üzrə laureatlar:

Umud Rəhimoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri - Azərbaycan həqiqətlərinin təbliğindəki xidmətlərinə görə təltif edilir;

Müsəllim Həsənov, Bakı Media Mərkəzinin redaktoru – Media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilir.

Ali Media Mükafatının 1-ci dərəcəsi üzrə laureat – qalib:

Sona Vəliyeva, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru – Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən “İşığa gedən yol” romanına görə təltif edilir.

Qeyd edək ki, Ali Media Mükafatı Mətbuat Şurasının İdarə Heyətinin 6 iyul 2010-cu il tarixli iclasının qərarı ilə təsis edilib. Mükafatının Əsasnaməsinə uyğun olaraq Azərbaycanda jurnalistikanın inkişafı sahəsində çoxillik xidmətləri olan, səmərəli fəaliyyətini indi də davam etdirən, həmçinin mediamızın çağdaş problemlərinin həllində təşəbbüskarlığı və təşkilatçılığı ilə fərqlənən şəxslərin əməyinin qiymətləndirilməsi əsas götürülüb.

Hər il 22 iyul Milli Mətbuat Günündə təqdim olunan mükafatın 3 dərəcəsi var. İclasda birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 2, üçüncü dərəcə üzrə 5 laureat müəyyənləşdirilib.
Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə laureatların hər birinə 1000, 2-ci dərəcəsi üzrə 2000 manat pul təqdim edilir. 1-ci dərəcə üzrə laureat isə 5000 manat pulla mükafatlandırılır.

.
ucarliyiq.biz