» » » Jurnalistlər üçün tikilən binanın mənzillərinin bölüşdürüləcəyi tarix açıqlanıb

Jurnalistlər üçün tikilən binanın mənzillərinin bölüşdürüləcəyi tarix açıqlanıb

Jurnalistlər üçün tikilən binanın mənzillərinin bölüşdürüləcəyi tarix açıqlanıb

“Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillərlə təmin edilir. Bilirsiniz ki, 2013-cü ildə jurnalistlərə 156 mənzil verilib, cari ilin sonuna isə daha 256 mənzilin jurnalistlər arasında bölüşdürülməsi məsələsinə baxılacaq”.

Ucarliyiq.biz xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov milli mətbuatımızın yaranmasının 141-ci ildönümünə həsr olunmuş mərasimdəki çıxışında deyib.

“Ümid edirik ki, bu, hələ son deyil”, - Ə.Həsənov vurğulayıb.

Regionumuzda, dünyada baş verən hadisələrə və proseslərə nəzər salarkən olduqca ziyanlı təzahürlərin daha geniş vüsət aldığını xatırladan Prezident Administrasiyasının rəsmisi vurğulayıb:

“Ayrı-əyrı ölkələrdə sabitliyin pozulması, vətəndaş qarşıdurmaları, sosial fəlakət və bu kimi digər mənfi hallar artıq günümüzün reallığına çevrilib.

Qlobal informasiya məkanına nəzarət meylləri güclənir, müxtəlif xarici dairələr transmilli media resursları vasitəsilə bütün dünyaya öz baxışlarını təlqin etməyə, insanları müəyyən maraqlar çərçivəsində istiqamətləndirməyə çalışırlar və əfsuslar ki, müəyyən mənada buna nail olurlar.

Bu gün biz özlərini demokratiya nümunəsi kimi təqdim edən ölkələrdə ayrı-əyrı irqlərin, xalqların və dinlərin nümayəndələrinə qarşı dözümsüzlüyün geniş vüsət aldığını, multikultural dəyərlərdən, tolerantlıqdan geriyə dönüşü müşahidə edirik. Transmilli media isə ayrı-əyrı dairələrin maraq savaşına dəstək verir, müxtəlif ölkələrin daxili işlərinə müdaxilə edir, hakimiyyət çevrilişlərini, vətəndaş qarşıdurmasını stimullaşdırır.

Lakin biz fəxrlə deyə bilərik ki, əsrlərlə tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bu mənfi meylləri inkar edir. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan ayrı-əyrı xalqların, etnik qrupların, dinlərin dinc yanaşı yaşadığı məkandır.

Azərbaycan multikultural dəyərləri təşviq etməklə bütün dünyaya bir daha göstərir ki, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar bir ölkədə, eyni torpaqda firavan, dostluq və qardaşlıq mühitində yaşaya bilərlər.

Əlbəttə, burada Azərbaycan mediasının oynadığı rolu, cəmiyyətimizdə harmoniyanın güclənməsi üçün verdiyi töhfələri qeyd etməmək mümkün deyildir. Hesab edirəm ki, bu da Azərbaycan mediasının Azərbaycan Prezidentinin çağırışına cavabı, “Əkinçi” ənənələrinə sadiqliyinin təzahürüdür”.

ucarliyiq.biz