» » » Lənkəranda yol qəzası nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb

Lənkəranda yol qəzası nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb

Lənkəranda yol qəzası nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb

Ötən gün Lənkəranda baş verən yol qəzası nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

ucarliyiq.biz - in “Report”a istinadən verdiyi xəbərinə görə, iyulun 22-si gecə saatlarında Lənkəranda avtoqəza nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən Xanbulan kənd sakini, 1948-ci il təvəllüdlü Xanəli İnətullayev bu gün dünyasını dəyişib.

Hadisə ötən gecə Ələt-Astara magistralının Lənkəran rayonu, Hirkan qəsəbəsindən keçən hissəsində baş verib. Rusiyaya məxsus "C-047-BY" dövlət qeydiyyat nişanlı "VAZ-21099" markalı minik avtomaşınının "Ford" markalı "07-BG-455" dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşması nəticəsində "VAZ-21099"un sürücüsü, rayonun Xanbulan kənd sakini, 1958-ci il təvəllüdlü Abdullayev Fikrət Məhərrəm oğlu və sərnişini olan həmkəndlisi, 1948-ci il təvəllüdlü Dövlətov İmran Ağacan oğlu aldıqları xəsarətlərdən hadisə yerində keçiniblər. Avtomobildə olan daha bir sərnişin Xanəli İnətullayev isə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunmuşdu.

Faktla bağlı araşdırma aparılır.