» » » Şamaxıda 3 yeniyetmə göldə boğulub

Şamaxıda 3 yeniyetmə göldə boğulub

Şamaxıda 3 yeniyetmə göldə boğulub

Şamaxı rayonunda 3 yeniyetmə oğlan göldə çimərkən boğulub.

Ucarliyiq.biz APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində Şamaxı şəhərinin yaxınlığındakı Şirvangöldə qeydə alınıb.

Ehtiyatsızlıqdan boğularaq həyatlarını itirən 13-16 yaşlı  yeniyetmələrin adları hələ müəyyən deyil. Onların meyiti 19:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-əxtarış qrupunun əməkdaşları tərəfindən Sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisənin necə baş verdiyi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 


ucarliyiq.biz