» » » KİV: Azərbaycanda plastik əməliyyat bumu yaşanır

KİV: Azərbaycanda plastik əməliyyat bumu yaşanır

KİV: Azərbaycanda plastik əməliyyat bumu yaşanır

Ən populyar əməliyyat növləri isə liposaksiya və süd vəzilərinin böyüdülməsidir.

Təbii gözəlliklərinə baxmayaraq Azərbaycan qadınları müasir dünya trendlərindən geri qalmamaq niyyətindədirlər. Azərbaycan plastik cərrahiyyə sahəsində (lider üçlük – ABŞ, Yaponiya, Braziliya) inkişaf etmiş ölkələr reytinqinə daxil olmasa da, hal-hazırda bu ölkə kosmetik prosedurlar və plastik cərrahiyyə partlayışını yaşayır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiyanın “Estetik təbabət” tibbi portalı yazır.

“Poliklinikaların həkimləri əmindirlər ki, onların ölkəsi tezliklə bu reytinqə daxil olacaqlar. Bir neçə il ərzində Azərbaycan sakinlərinin etdirdikləri plastik əməliyyatların sayı bir neçə dəfə artıb. Halbuki onların sayına dair heç bir statistika aparılmır, amma kosmetik əməliyyatlar spektrini təqdim edən klinikaların sayının artmasını görmək mümkündür”, - portal qeyd edir.

Professor Tofiq Əliyev Azərbaycanın ən məşhur plastik cərrahlarındandır:

“Müxtəlif estetik prosedurların tələbləri fərqlənir. Məsələn, Fransa və İtaliyanı Qırğızıstan ilə müqayisə etmək yanlış olardı.

MDB ölkələri arasında birinci yerdə təbii ki, Rusiyadır. Onun sakinlərinin çoxu özlərinə bahalı əməliyyatları icazə verə bilirlər”.

Azərbaycan gözəllik klinikalarına gəldikdə isə, professor Əliyev müvafiq standartlara cavab verməyən klinikaların sayının artmasını göstərib.

Qeyd etmək lazımdır ki, əməliyyatların ən populyarları blefaroplastika, rinoplastika və fesliftinqdir. Bu əməliyyatlar qadınlar arasında xüsusi tələbata malikdirlər, amma Azərbaycan kişiləri plastik cərrahlara çox nadir hallarda müraciət edirlər.

Azərbaycanda ən populyar əməliyyat növləri isə liposaksiya və süd vəzilərinin böyüdülməsidir.

Liderlər üçlüyünə həmçinin blefaroplastika, abdominoplastika və rinoplastika daxildir”, - “Estetik təbabət” qeyd edir.