» » » Sabah 30 dərəcə isti olacaq

Sabah 30 dərəcə isti olacaq

Sabah 30 dərəcə isti olacaq

Cənub küləyi əsəcək.

Sentyabrın 22-də  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-ə verilən məlumata görə, havanın temperaturu gecə 18-22, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperatur gecə 15-20, gündüz 28-33 dərəcə, dağlıq rayonlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.