» » » Konstitusiya Məhkəməsi Referendum Aktına müsbət rəy verib - YENİLƏNİB

Konstitusiya Məhkəməsi Referendum Aktına müsbət rəy verib - YENİLƏNİB

Konstitusiya Məhkəməsi Referendum Aktına müsbət rəy verib - YENİLƏNİB

Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı iclası keçirilib.

Ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi xəbərinə görə, iclasda Referendum Aktı layihəsinə müsbət rəy verilib.

10:19

Konstitusiya Məhkəməsinin Plenumunda bu gün Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı layihəyə baxılır.

Bu barədə Ucarliyiq.biz Trend-ə istinadən xəbər verir.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.

Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

.
ucarliyiq.biz