» » » Bakıda polis qəzaya düşdü

Bakıda polis qəzaya düşdü

Bakıda polis qəzaya düşdü

Faktla bağlı istintaq aparılır.

Bakı şəhəri, Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ucarliyiq.biz “Report”a istinadən xəbər verir ki, Zabrat-Maştağa şosesində 1983-cü il təvəllüdlü Eşqin Əhmədovun idarə etdiyi “VAZ-21150” və 1951-ci il təvəllüdlü Vaqif Eminovun idarə etdiyi “VAZ-21041” markalı avtomobillər toqquşub.

Nəticədə V.Eminovun sərnişinləri Neftçala rayon sakini, 1960-cı il təvəllüdlü Gülnişan Qurbanova, 1970-ci il təvəllüdlü Xatirə Qurbanova, 1961-ci il təvəllüdlü Tamara İsayeva və 1953-cü il təvəllüdlü Mehrəmsə Kərimova müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, sürücülərdən Eşqin Əhmədov polis serjantıdır.

Faktla bağlı istintaq aparılır.

.
ucarliyiq.biz