» » » 27 qəzetə bir milyon manat yardım ayrıldı – SİYAHI

27 qəzetə bir milyon manat yardım ayrıldı – SİYAHI

27 qəzetə bir milyon manat yardım ayrıldı – SİYAHI

Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına riayət edən gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının xüsusi iclası keçirilib.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələ barədə məlumat verib.

Gündəliyə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında” 2016-cı il 21 iyul tarixli sərəncamına əsasən, qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması məsələsinin müzakirəsi daxil edilib.

Fondun icraçı direktoru Vüqar Səfərli Prezidentin sərəncamını ölkədə söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və KİV-lər adından ölkə başçısına minnətdarlığını bildirib.

İcraçı direktor sərəncama əsasən, birdəfəlik maliyyə yardımı ayrılacaq mətbuat orqanlarının müəyyənləşdirilməsi məsələsini Müşahidə Şurası üzvlərinin müzakirəsinə təqdim edib.

Sonra məsələ ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən –0 Vüqar Əliyev, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Müşfiq Ələsgərli, Rəşad Məcid və İntiqam Hümbətov çıxış edərək ölkə başçısının sərəncamı ilə ayrılmış birdəfəlik maliyyə yardımının gündəlik ictimai-siyasi qəzetlərin üzləşdiyi problemlərin həlli baxımından xüsusi əhəmiyyətini qeyd ediblər.

Aparılmış müzakirələr nəticəsində respublikada uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında” 2016-cı il 21 iyul tarixli sərəncamına əsasən maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı:



Nəşrin adı


Ayrılmış məbləğ


1.


“Azərbaycan” qəzeti


40.000 AZN


2.


“Bakinski raboçi” qəzeti


40.000 AZN


3.


“Bakı Xəbər” qəzeti


40.000 AZN


4.


“525-ci qəzet”


40.000 AZN


5.


“Ekspress” qəzeti


40.000 AZN


6.


“Ədalət” qəzeti


40.000 AZN


7.


“Xalq qəzeti”


40.000 AZN


8.


“İki sahil” qəzeti


40.000 AZN


9.


“Kaspi” qəzeti


40.000 AZN


10.


“Kaspiy” qəzeti


40.000 AZN


11.


“Mövqe” qəzeti


40.000 AZN


12.


“Olaylar” qəzeti


40.000 AZN


13.


“Palitra” qəzeti


40.000 AZN


14.


“Respublika” qəzeti


40.000 AZN


15.


“Səs” qəzeti


40.000 AZN


16.


“Şərq” qəzeti


40.000 AZN


17.


“Şərq qapısı” qəzeti


40.000 AZN


18.


“Yeni Azərbaycan” qəzeti


40.000 AZN


19.


“Yeni Müsavat” qəzeti


40.000 AZN


20.


“Azad Azərbaycan” qəzeti


30.000 AZN


21.


“Bizim yol” qəzeti


30.000 AZN


22.


“Exo” qəzeti


30.000 AZN


23.


“Həftə içi” qəzeti


30.000 AZN


24.


“Xalq Cəbhəsi” qəzeti


30.000 AZN


25.


“Novoye vremya” qəzeti


30.000 AZN


26.


“Paralel” qəzeti


30.000 AZN


27.


“Üç nöqtə” qəzeti


30.000 AZN


ucarliyiq.biz