» » » Qazaxıstanda azərbaycanlını gizli sexə görə cərimə etdilər

Qazaxıstanda azərbaycanlını gizli sexə görə cərimə etdilər

Qazaxıstanda azərbaycanlını gizli sexə görə cərimə etdilər

Sexdə qanunsuz tədarük edilmiş 4 ton balıq aşkar edilib.

Qazaxıstanın Atırau şəhərində şəhər məhkəməsi qanunsuz tədarük edilmiş 4 ton balığın aşkar edildiyi sexin sahibini 40 min təngə (125 man – red.) cərimə edib, ucarliyiq.biz “KAzinform”a istinadən xəbər verir.  

“Gizli sex yaz aylarında su polisi əməkdaşları tərəfindən şəxsi evlərin birinin həyətində aşkar edilib. Balıq tədarükü ilə Azərbaycan vətəndaşı məşğul olurdu. İstintaqın getdiyi müddət ərzində o, heç bir yerə getməmək barədə iltizam imzalamışdı. Məhkəmə ittiham edilən şəxsi 40 min cərimə ilə cəzalandırıb”, - Daxili İşlər departamentinin mətbuat katibi Gülnazirə Muxtarova bildirib.

Gizli sexdə göndərilməyə hazır olan 4 ton balıqdan başqa, balığın duzlanması və yuyulması üçün istifadə edilən 250 litr tutumu olan çəlləklər və vannalar da aşkar edilib.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb.