» » » Azərbaycanda eynicinsli insanların nikahına icazə var?

Azərbaycanda eynicinsli insanların nikahına icazə var?

Azərbaycanda eynicinsli insanların nikahına icazə var?

Dünən Bakıda eynicinsli insanların toyu təşkil olunub. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə yerli KİV-də məlumat yayılıb.

Məlumatda bildirilir ki, toy mərasimi paytaxtın dəbdəbəli şadlıq saraylarının birində keçirilib.

Azərbaycanda eynicinsli insanların nikahına icazə var?

Bəs Azərbaycanda eynicinsli insanların nikahına icazə varmı? 

Məsələ ilə bağlı vəkil Ruslan Vəliyev açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının (AR) Qanunvericiliyində eynicinsli insanların nikahının qadağa olunması ilə bağlı heç bir qanun yoxdur:

“AR Ailə Məcəlləsinin 12 maddəsində nikaha girməyə mane olan hallar nəzərədə tutulub. Bu maddəyə əsasən qardaş-bacı, valideyn-övlad nikahları qadağan olunub. Lakin Ailə Məcəlləsində eynicinsli insanların nikahının qadağa olması ilə bağlı heç bir qanun yoxdur”.

Vəkil bildirib ki, nikahı rəsmiləşdirən orqan da qanununvericiliyə əsasən inasanların evliliyini qeydiyyata alır və ya imtina edir:

“Qanunvericiliydə eynicinsli insanların nikahının qadağanı ilə bağlı maddə olmadığından, nikahı rəsmiləşdirən orqanda hüquqi əsas olmadan eynicinsli insanların nikahına qadağa qoya bilməz”.

Elvin Əhmədov
ucarliyiq.biz