» » » “28 Cinema”da Karyera Günü təşkil olunacaq

“28 Cinema”da Karyera Günü təşkil olunacaq

“28 Cinema”da Karyera Günü təşkil olunacaq

Kinoteatr “Təcrübə keçən” filminin nümayişinə start verir.

Azərbaycanın premium kinoteatrı “28 Cinema” sentyabr ayının 22-də “Təcrübə keçən” filminin dünya premyerasından  iki gün öncədən nümayişi ilə əlaqədar olaraq Karyera Günü təşkil edəcək. 

ucarliyiq.biz xəbər verir ki,18:00-da baş tutacaq tədbirdə ölkənin iri şirkətlərindən olan “Nar”, “Bakcell”, “Turan Bank” və “PWC” gənclər ilə görüşəcək, onların CV-lərin alacaq və söhbət edəcəklər. Bu addımla “28 Cinema” hər zaman düşündüyü Azərbaycan gəncliyinin inkişafına öz kiçik tövhəsini vermiş olacaq.

Karyera Gününün sonunda isə “Təcrübə keçən” filminin nümayişinə start veriləcək və tədbirə dəvət olunmuş şirkət sahibləri, media nümayəndələri, bloggerlər filmi izləyəcəklər.

Film mövzu etibarilə iş, karyera və yeni işə düzələn təcrübəçi haqqında bəhs edir. Filmdə  məşhur Hollivud ulduzları Robert De Niro və Enn Heteuey çəkilib. 

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Cappuccino coffee house” və “Blackberry”  restoranı yerləşir.

“28 Cinema”da Karyera Günü təşkil olunacaq