» » » İcra başçısının polis qardaşı işdən çıxarıldı

İcra başçısının polis qardaşı işdən çıxarıldı

İcra başçısının polis qardaşı işdən çıxarıldı

Polis Şöbəsindən faktı təsdiq ediblər.

Beyləqan rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Zöhrab Məmmədov vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə Ucarliyiq.biz AzVision.az-ə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Beyləqan rayon Polis Şöbəsində yoxlama aparılıb. Yoxlama tədbirləri nəticəsində Beyləqan rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Zöhrab Məmmədov vəzifəsindən kənarlaşdırılıb.

Beyləqan rayon Polis Şöbəsindən faktı təsdiq ediblər. Bildirilib ki, hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Zöhrab Məmmədov Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun qardaşıdır.

.
ucarliyiq.biz