» » » FHN-dən Şirvandakı partlayışla bağlı açıqlama

FHN-dən Şirvandakı partlayışla bağlı açıqlama

FHN-dən Şirvandakı partlayışla bağlı açıqlama

FHN-nin rəhbər heyəti hadisə yerindədir.

Fövqəladə Hallar Nazirliyi (FHN) Şirvanda zavodda baş verən partlayışla bağlı məlumat yayıb.

Ucarliyiq.biz-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 15:30 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olmuş məlumata əsasən, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayış baş verib. 

Hazırda aidiyyəti orqanların qüvvələri ilə birlikdə ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti və əlaqədar struktur bölmələrinin rəhbərləri hadisə yerindədir.

.
ucarliyiq.biz