» » » Ağcabədinin yol polisi rəisi işdən çıxarıldı

Ağcabədinin yol polisi rəisi işdən çıxarıldı

Ağcabədinin yol polisi rəisi işdən çıxarıldı

Hələlik onun yerinə təyinat yoxdur.

Ağcabədi Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsin rəisi, polis mayoru Dadaş İbrahimov vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə Ucarliyiq.biz AzVision.Az-ə istinadən xəbər verir.

D.İbrahimovun vəzifəsindən kənarlaşdırılmasına səbəb Ağcabədi Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin fəaliyyətində nöqsanlar aşkar edilməsi göstərilir. Ağcabədi Rayon Polis Şöbəsindən faktı təsdiq ediblər. Bildirilib ki, hələlik onun yerinə təyinat yoxdur. 

D.İbrahimov bu vəzifəyə 2014-cü ildə təyin edilmişdi.

Qeyd edək ki, bundan öncə yoxlama tədbirləri nəticəsində Beyləqan rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Zöhrab Məmmədov da vəzifəsindən kənarlaşdırılıb.

.
ucarliyiq.biz