» » » Azərbaycana ən çox turist hansı ölkədən gəlir? – SİYAHI

Azərbaycana ən çox turist hansı ölkədən gəlir? – SİYAHI

Azərbaycana ən çox turist hansı ölkədən gəlir? – SİYAHI

2015-ci ildə xarici ölkələrdən Azərbaycana 2 milyon 6 min 176 nəfər turist gəlib. 

Ucarliyiq.biz xəbər verir ki, Dövlət Statistika Komitəsindən fins.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycana gələn xarici turistlərin siyahısına Rusiya vətəndaşları başçılıq edir.

Ötən il Rusiyadan Azərbaycana 685 min 555 nəfər turist gəlib. 2014-cü ildə bu rəqəm 843 min 851 nəfər olub.

2014-cü ildə bu siyahıya başçılıq edən Gürcüstandan gələnlərin sayı ötən il azalıb. Siyahıda ikinci yerdə olan Gürcüstandan Azərbaycana 2015-ci ildə 571 min 648 nəfər turist gəlib. 2014-cü ildə isə bu rəqəm 699 min 532 nəfər olub.

Siyahıda üçüncü olan İrandan Azərbaycana gələn turistlər də xeyli artıb. 2014-cü ildə 131 min 179 nəfər, 2015-ci ildə isə 149 min 600 nəfər İrandan səfər edib.

İlk beşlikdə 288 min 620 nəfər turistlə Türkiyə və 34 min 892 nəfərlə Böyük Britaniya vətəndaşları yer alıb.

Qeyd edək ki, Türkiyədən Azərbaycana gələn turistlərin sayı kifayət qədər azalıb. 2014-cü ildə bu ölkədən 314 min 476 nəfər turist gəlib. Bunun əvəzində Avpora ölkələrindən Azərbaycana gələnlərin sayı artıb. 2014-cü ildə Böyük Britaniyadan 33 min 563 nəfər turist gəlib. 1 il sonra bu rəqəm 1329 nəfər artıb.

2014-cü illə müqayisədə ötən il Almaniya, İsrail, İtaliya, Belçika, Çexiya, İspaniya, Danimarkadan ölkəmizə gələn turistlərin sayı artıb.

Xarici turistlərin siyahısında Asiya ölkələrindən gələnlərin sayında kəskin artım müşahidə olunub.

Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) gələn turistlər 2015-ci ildə təxminən 3 dəfə artıb. 2014-cü ildə BƏƏ-dən gələn turistlərin sayı 821 nəfər, 2015-ci ildə isə 2 min 379 nəfər olub. 

Banqladeşdən gələnlər də təxminən 3 dəfə artıb. 2014-cü ildə bu ölkədən Azərbaycana 518 nəfər gəlibsə, 2015-ci ildə tiristlərin sayı 1409 nəfər olub.

Bu sırada İraqdan gələnlər də var. 2014-cü ildə İraqdan Azərbayacana gələn turistlərin sayı 738 nəfər, 2015-ci ildə isə 2 min 147 nəfər olub.

Azərbaycana ən az turist Koreyadan gəlib - cəmi 15 nəfər.

.
ucarliyiq.biz