» » » Rusiyanın Azərbaycandakı səfirliyi vətəndaşının saxlanmasından danışdı

Rusiyanın Azərbaycandakı səfirliyi vətəndaşının saxlanmasından danışdı

Rusiyanın Azərbaycandakı səfirliyi vətəndaşının saxlanmasından danışdı

Səfirliyə vətəndaş Mirzoyan müraciət edib.

Rusiyanın Azərbaycandakı səfirliyi M.V.Ueldanovun saxlanılmasına dair sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.

Ucarliyiq.biz xəbər verir ki, səfirliyin mətbuat xidmətinin bəyanatında bildirilir ki, bu il iyunun 23-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən AR Cinayət Məcəlləsinin 234.4.3 maddəsi üzrə (külli miqdarda narkotikin əldə edilməsi və saxlanması) ittiham edilən Rusiya Federasiyası vətəndaşı M.V.Ueldanovun saxlanılması və istintaq təcridxanasında yerləşdirilməsi ilə bağlı Azərbaycan XİN-dən nota daxil olub.

“Bir neçə gün sonra M.V.Mirzoyan adlı şəxs səfirliyə müraciət edərək saxlanılan şəxsin onun qardaşı olduğunu və gerçək familiyasının Qalustyan olduğunu deyib. O bildirib ki, qardaşı narkotiklərin qeyri-qanuni dövriyyəsinə görə yox, casusluq şübhəsi əsasında həbs edilib.

Səfirlik dərhal Azərbaycanın səlahiyyətli orqanlarına müraciət edilib. Bununla bağlı Azərbaycan tərəfinə iyulun 5-də nota göndərilib.

Müraciət müvafiq izahın əldə edilməsi və konsulluq şöbəsi əməkdaşlarının vətəndaşla görüşünə icazə verilməsi ilə bağlı olub”, - bəyanatda deyilir.

ucarliyiq.biz