» » » Daxili Qoşunlar Ali Hərbi Məktəbə tələbə qəbulu elan edib

Daxili Qoşunlar Ali Hərbi Məktəbə tələbə qəbulu elan edib

Daxili Qoşunlar Ali Hərbi Məktəbə tələbə qəbulu elan edib

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin boş qalan plan yerlərinə kursant qəbulu elan edilir.

Ucarliyiq.biz TQDK-nın saytına istinadən xəbər verir ki, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına sənəd vermiş, sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən, lakin III ixtisas qrupu üzrə test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş, 200 və daha yüksək bal toplayan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək arzusunda olanlar avqustun 4-dək Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q. Musabəyov küçəsi, 4) müraciət etməlidirlər.