» » » Ərəb turistlərin Azərbaycandakı istirahət xərcləri açıqlanıb

Ərəb turistlərin Azərbaycandakı istirahət xərcləri açıqlanıb

Ərəb turistlərin Azərbaycandakı istirahət xərcləri açıqlanıb

Son iqtisadi proseslər fonunda Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan turistlər nisbətən aşağı büdcəli marşrutlar seçməyə başlayıb.

Ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi məlumatına görə, bu barədə “Gulf News” agentliyi xəbər yayıb.

“Artıq BƏƏ-dən olan turistlər məzuniyyətini dəniz kənarında keçirmək niyyətində deyil. Onlar indiyədək olmadıqları ölkələri və şəhərləri kəşf etmək istəyirlər. Onlar üçün daha çox Sinqapur, Tayland, Malayziya, Maldiv adaları, Azərbaycan, Gürcüstan kimi ölkələr populyardır”, - deyə turizm şirkətlərindən birinin rəhbəri bildirib.

Aşağı büdcəli marşrutlar arasında Azərbaycan və Gürcüstan göstərilib. Bildirilir ki, Azərbaycanda istirahət ərəblərə 490 dollara, Gürcüstanda isə 430 dollara başa gələcək.