» » » Bakıda möcüzə kimi olay

Bakıda möcüzə kimi olay

Bakıda möcüzə kimi olay

9-cu mərtəbədən yıxılan uşaq sağ qaldı.

Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib. 

Ucarliyiq.biz Lent.az-ə istinadən xəbər verir ki, 7 yaşlı Həsən Amanullayev 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb.  

Hadisədən dərhal sonra Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən Həsənə kəllə-beyin travması diaqnozu qoyulub. Bundan başqa onun bud, çanaq və qabırğalarında çoxsaylı sınıqlar var. Həkimlər 7 yaşlı oğlanın halında pisləşmə qeydə almasa da, onun vəziyyətinin ağır olduğunu bildirir.

Qeyd edək ki, 7 yaşlı Həsən Abdullayev özünü 9-cu mərtəbədəki mənzilin pəncərəsindən atarkən ağacların üstünə düşdüyündən sağ qalıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.

.
ucarliyiq.biz