» » » Bakıda qarpız satan şəxsi polis saxladı - İLGİNC SƏBƏB

Bakıda qarpız satan şəxsi polis saxladı - İLGİNC SƏBƏB

Bakıda qarpız satan şəxsi polis saxladı - İLGİNC SƏBƏB

“Sabirabad qarpızı, Kürdəmir yemişi”.

Bu gün axşam radələrində Sabunçu bazarında qarpız, yemiş satan Elşad adlı şəxs Post Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin səbəbi isə çox ilgincdir.

ucarliyiq.biz-ın musavat.com-a istinadən məlumatına görə, satıcının orta yaşlı alıcı xanıma “Sabirabad qarpızı, Kürdəmir yemişi” deməsi onun saxlanmasına səbəb olub.

Qadın satıcının bu sözündən hirslənib. Məlum olub ki, qadın kürdəmirlidir. Alıcı qadın düşünüb ki, satıcı bunu bilərəkdən deyib. Daha sonra tərəflər arasında mübahisə yaranıb.

Yaxınlıqda olan PPX əməkdaşları qadına deyiblər ki, “şikayətçi ol, aparaq”. Qadın da şikayətçi olduğunu bildirib. PPX maşınına mindirilən qadın və satıcı Sabunçu Rayon polis idarəsinə aparılıblar.