» » » Obama ilə görüşən azərbaycanlı qız – FOTO

Obama ilə görüşən azərbaycanlı qız – FOTO

Obama ilə görüşən azərbaycanlı qız – FOTO

Zərəngiz Hüseynova MIT Qlobal Sahibkarlıq Tədris Düşərgəsinə qəbul olunub və dünya üzrə tam təqaüd qazanan yalnız dörd iştirakçıdan biri seçilib.

Ucarliyiq.biz xəbər verir ki, o, bu yaxınlarda ABŞ-ın Silikon Vadisində təşkil olunan Qlobal Sahibkarlıq Sammitində (GES) iştirak edib.

Zərəngiz təəssüratlarını bölüşüb:
 
“GES tədbirinin bir hissəsi olmaq, həqiqətən, ruhlandırıcı idi. Yalnız prezident Obama, dövlət katibi Con Kerri və “Google”, “Facebook”, “YouTube” və “Uber” kimi şirkətlərin təsisçiləri və rəhbərləri kimi insanlarla görüşdüyümə görə yox, daha çox bütün dünyanın digər iştirakçıları ilə görüşmək şansı əldə etdiyimə görə!

Mən bir çox beynəlxalq konfranslarda iştirak etmişəm, lakin belə müxtəlifliyi heç bir tədbirdə görməmişəm. Onların hamısı ala biləcəyiniz ən güclü, motivasiya verən bir mesajı çatdırmaq üçün bir araya gəldilər, xüsusilə inkişaf etməkdə olan ölkənin bir qızı olaraq: “Kim olduğunuzdan və haradan gəldiyinizdən asılı olmayaraq, siz, sadəcə, öz arzularınızın dalınca getməkdən savayı, həm də onları həyata keçirməyin və milyonlarla insana böyük təsir göstərməyin öhdəsindən gələ bilərsiniz!””.