» » » Çimərliklərdə hidrosikllar nəzarətə götürülür

Çimərliklərdə hidrosikllar nəzarətə götürülür

Çimərliklərdə hidrosikllar nəzarətə götürülür

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə su nəqliyyatı vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl edilməsi ilə bağlı yoxlamalara başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Ucarliyiq.biz-ə verilən məlumata görə, yoxlamalar FHN-nin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları tərəfindən həyata keçirilir.

Məlumatda bildirilir ki, iyulun 27-də kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət qaydalarını kobud şəkildə pozduğuna görə, Bakı şəhərinin Türkan və Sahil qəsəbələri istiqamətlərində keçirilən əməliyyat tədbirlərinin nəticəsi olaraq, 5 su nəqliyyatı vasitəsinin (hidrosikl) istismarına qadağa qoyulub, onlar müvəqqəti saxlanca götürülüb. 

Qeyd olunan gəmi istifadəçiləri barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcək.

.
ucarliyiq.biz