» » » Təhsil Nazirliyi: Bu il 200-dən artıq bal toplayan abituriyentlərin sayı artıb

Təhsil Nazirliyi: Bu il 200-dən artıq bal toplayan abituriyentlərin sayı artıb

Təhsil Nazirliyi: Bu il 200-dən artıq bal toplayan abituriyentlərin sayı artıb

Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub.

Bu barədə Ucarliyiq.biz-ə Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 78545 abituriyent iştirak edib. İmtahanlarda iştirak edən abituriyentlərin qruplar üzrə sayı I ixtisas qrupu üzrə 31397, II ixtisas qrupu üzrə 22135, II ixtisas qrupu üzrə 19673, IV ixtisas qrupu üzrə 5340 nəfər olub.

“Ümumilikdə, ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. 

Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 34385 nəfər (43,8%) təşkil edib ki, bu da ötənilki göstəricidən 3,8%, 2014-ci ildəki göstəricidən 9,1% artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33198 nəfər (40%), 2014-cü ildə isə 32159 nəfər (34,7%) təşkil edib.

Xüsusi olaraq qeyd edilməlidir ki, bütün qruplar üzrə müsbət dinamika müşahidə olunur. Qruplar üzrə nəzər salsaq, I qrup üzrə 200-dən çox bal toplayan abituriyentlərin göstəricisi ötən illə müqayisədə 3,7%, II qrup üzrə 5,3%, III qrup üzrə 0,5%, IV qrup üzrə 9,9% yaxşılaşma qeydə alınıb”, - nazirlikdən bildirilib.

.
ucarliyiq.biz