» » » Müəllimlərin pulsuz hazırladığı qız 692 bal topladı

Müəllimlərin pulsuz hazırladığı qız 692 bal topladı

Müəllimlərin pulsuz hazırladığı qız 692 bal topladı

Bakıda 692 bal toplayan abituriyentin həyatı sosial şəbəkələrdə böyük marağa səbəb olub. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə məlumatı jurnalist Məğrur Əli Polad paylaşıb. 

O qeyd edib ki, Ağdamdan məcburi köçkün olan Aynur Babayevanın ailəsi Binəqədi rayonunda köhnə bir zavodun həyətində məskunlaşıb:

“Ata-ənası işləmir, maddi cəhətdən çox imkansızdırlar. Dərslərini yaxşı oxuduğu üçün təhsil aldığı Binəqədi rayonu 314 nömrəli orta məktəbdəki müəllimləri Asif Salmanov (“Azərbaycan dili - ədəbiyyat ), Ramal Əliyev (tarix), Maral Rzayeva (riyaziyyat) və Ruslan Nuriyev (ingilis dili) sözü bir yerə qoyaraq onu təmənnasız şəkildə qəbul imtahanına hazırlaşdırıblar. Aynur da cəmi bir suala səhv cavab verərək topladığı 692 balı müəllimlərinə hədiyyə edib”.