» » » Azərbaycan internetdən istifadəyə görə regionda liderdir

Azərbaycan internetdən istifadəyə görə regionda liderdir

Azərbaycan internetdən istifadəyə görə regionda liderdir

Yeni hesabat açıqlanıb.

Azərbaycanda internetdən əhalinin 61 faizi istifadə edir.

ucarliyiq.biz BMT-nin Xəbər Mərkəzinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Elektrik Rabitə İttifaqının “Genişzolaqlı rabitənin vəziyyəti” adlı hesabatında deyilir.

Hesabata əsasən, ayrı-ayrı şəxslər tərəfindən internetin istifadəsinə görə Azərbaycan 63-cü yeri tutur.

Rusiya bu siyahıda 44-cü yeri tutur. Rusiyalıların 70,5 faizinin internetə çıxışı var. Belarusda əhalinin 59 faizinin, Qazaxıstanda – 54 faizinin, Gürcüstanda – 48 faizinin, Ermənistanda – 46 faizinin, Özbəkistanda – 46,3 faizinin və Ukraynada – 43,4 faizinin internetə çıxışı var.

Hesabatda qeyd olunub ki, bu gün üçün ümumilikdə 79 ölkədə əhalinin yarısından çoxunun internetə çıxışı var. İnternetdən istifadə səviyyəsinə görə lider ölkələrin sırasına İslandiya, Norveç və Danimarka daxildir.

Hal-hazırda dünya əhalisinin 43 faizinin internetə çıxışı var, bu isə 3,2 milyard insan deməkdir. Hələ keçən il onların sayı 2,9 milyarddan ibarət idi.