» » » Milli Bankın birinci sədri vəfat etdi

Milli Bankın birinci sədri vəfat etdi

Milli Bankın birinci sədri vəfat etdi

Ağayev Azərbaycan Dövlət Universitetini bitirmişdi.

Azərbaycanın Milli Bankının birinci sədri Qalib Ağabala oğlu Ağayev dünən ömrünün 75-ci ilində Bakıda dünyasını dəyişib.

ucarliyiq.biz xəbər verir ki, geniş dairələrdə məşhur olan bankir və maliyyəçi Qalib Ağayev 1941-ci ilin iyul ayının 13-də anadan olub.

Q.Ağayev S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmişdi. Əmək fəaliyyətinə Bakıda SSRİ Dövlət Bankında inspektor kimi başlamış, sonradan SSRİ Dövlət Bankında rayon şöbəsinin müdir müavini, müdiri, SSRİ Dövlət Bankının Azərbaycan kontorunun müdir müavini, Azərbaycan Respublikası Dövlət Bankının idarə heyəti sədrinin birinci müavini olub. 1992-ci ildən Azərbaycan Milli Bankının birinci sədri olub.