» » » Bakı-Nabran avtobusunda partlayış

Bakı-Nabran avtobusunda partlayış

Bakı-Nabran avtobusunda partlayış

Xəsarət alanlar var.

Bakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusda partlayış baş verib.

Ucarliyiq.biz-ın “Report”a istinadən verdiyi məlumata görə, Bakıdan Nabrana gedən “Hyundai” markalı mikroavtobusda radiatorun partlaması nəticəsində 5 sərnişin ayaqlarından yanıq xəsarətləri alıb.

Hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobusun radiatorunda partlayış o qədər güclü olub ki, onun içərisindəki qaynar su salona daxil olub və nəticədə sərnişinlər xəsarət alıb.

Avtobus yararsız hala düşdüyü üçün sərnişinlər taksilərlə mənzil başına getməli olublar, xəsarət alanlar isə xəstəxanaya yerləşdiriliblər.