» » » Bərdədə maşın su kanalına düşüb: 3 nəfər boğulub

Bərdədə maşın su kanalına düşüb: 3 nəfər boğulub

Bərdədə maşın su kanalına düşüb: 3 nəfər boğulub

Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Ucarliyiq.biz Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, hadisə rayonun Nazırlı kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini Yəhya Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobil su kanalına aşıb. 

Nəticədə sürücü və onun sərnişinləri Bəxtiyar Yusifli və Dilqəm Məmmədov suda boğularaq ölüblər. Meyitlər kanaldan çıxarılaraq adiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.