» » » Ərəblər Bakıda çox sayda mənzil almaq istəyirlər - VİDEO

Ərəblər Bakıda çox sayda mənzil almaq istəyirlər - VİDEO

Ərəblər Bakıda çox sayda mənzil almaq istəyirlər - VİDEO

Ərəb turistlərin Bakıya axını daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyib.

Paytaxtda mənzil alqı-satqısı ilə məşğul olan rieltorlar ərəblərin Bakıda əmlak bazarı ilə maraqlandıqlarını bildiriblər.

Rieltorların sözlərinə görə, əgər belə davam edərsə, mənzil bazarında xeyli canlanma müşahidə ediləcək və bu da öz növbəsində qiymətlərə təsir göstərəcək.

Onların sözlərinə görə, ərəblər əsasən şəhərin mərkəzindəki mənzillərlə maraqlanırlar.

Bəs görəsən xarici vətəndaşların Azərbaycan ərazisindən mənzil alması məsələsi qanunla necə tənzimlərnir? Bütün əcnəbilər mənzil ala bilərlərmi?

Xarici vətəndaşlar Azərbaycan ərazisində torpaq üzərində xüsusi mülkiyyətə sadəcə vərəsəlik hüququ olduqda sahib ola bilər.

Ucarliyiq.biz “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: