» » » Azərbaycanda üç nəfəri elektrik cərəyanı vurub

Azərbaycanda üç nəfəri elektrik cərəyanı vurub

Azərbaycanda üç nəfəri elektrik cərəyanı vurub

Araşdırmalara başlanılıb.

Azərbaycanda üç nəfər elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. 

Ucarliyiq.biz Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, avqustun 1-də Şirvan şəhərində yaşayan Mədinə Kərimovanı elektrik cərəyanı vurub. M.Kərimova hadisə yerində ölüb. 

Sabirabad rayonunda isə Güllü Baxışovanı elektrik cərəyanı vurub və o ölüb.

Daha bir elektrik cərəyanı vurması Neftçala rayonunda qeydə alınıb. Belə ki, rayon sakini Teymur Abışovu elektrik cərəyanı vurub və o, hadisə yerində ölüb.

Hər üç faktla bağlı araşdırmalara başlanılıb.