» » » Seymur Həzi və Nigar Yaqublu cəzaçəkmə müəssisəsində evləndi

Seymur Həzi və Nigar Yaqublu cəzaçəkmə müəssisəsində evləndi

Seymur Həzi və Nigar Yaqublu cəzaçəkmə müəssisəsində evləndi

Mərasimi Xəzər Rayon Qeydiyyat Şöbəsi həyata keçirib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində nikah mərasimi olub.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədr müavini Seymur Həzi Müsavat Partiyası Məclisinin üzvü Nigar Yaqublu ilə rəsmi nikaha daxil olub.

Mərasimi Xəzər Rayon Qeydiyyat Şöbəsi həyata keçirib.

Qeyd edək ki, Seymur Həzi barəsində 2014-cü ilin avqust ayında Abşeron Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə S.Həzi 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S.Həzi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

Seymur Həzi və Nigar Yaqublu cəzaçəkmə müəssisəsində evləndi

Seymur Həzi və Nigar Yaqublu cəzaçəkmə müəssisəsində evləndi

Seymur Həzi və Nigar Yaqublu cəzaçəkmə müəssisəsində evləndi

.
ucarliyiq.biz