» » » Bakı küçələrində avtomobillərin orta sürəti artıb

Bakı küçələrində avtomobillərin orta sürəti artıb

Bakı küçələrində avtomobillərin orta sürəti artıb

NİİM məlumat yayıb.

Bakının mərkəzi küçələrində avtomobillərin orta sürəti artıb.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ucarliyiq.biz-a verilən məlumata görə, buna səbəb “yaşıl dalğa”ların tətbiqidir.

NİİM fəaliyyətə başladığı gündən bu yeniliklər 28 May, Bakıxanov, Z.Əliyeva, Ü.Hacıbəyov və s. küçələrdə tətbiq olunub. 

Statistikaya əsasən, 2014-cü ilin sentyabr ayında Bakıxanov küçəsində avtomobillərin orta sürəti 52.7 km/saat olduğu halda, 2015-ci ilin sentyabr ayı üzrə orta sürəti 53,7 km/saat olub. 

Qeyd edək ki, nəqliyyat intensivliyinin artırılması məqsədi ilə mərkəzi küçə və prospektlərin kəsişmələrində quraşdırılan işıqforlara Mərkəzin mütəxəssisləri tərəfindən bir sıra əmrlər (“yaşıl dalğa”, “sarı döyünən işıq” və s.), həmçinin günün saatlarına görə vaxt planları tətbiq olunur. Yəni nəqliyyat vasitələrinin dayanmaması üçün yol boyu ardıcıl olaraq bir neçə svetoforda yaşıl işıq yandırılır.

Bakı küçələrində avtomobillərin orta sürəti artıb