» » » DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis təyin olundu

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis təyin olundu

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis təyin olundu

Bu barədə daxili işlər naziri Ramil Usubov müvafiq əmr imzalayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis təyin edilib.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis polkovniki Oqtay Kərimov Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib. O.Kərimov buna qədər həmin idarənin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi olmuş polis general-mayoru Cavanşir Məmmədov bir müddət əvvəl yaş həddinə görə təqaüdə göndərilib. C.Məmmədov 21 il bu vəzifədə çalışıb.

.
ucarliyiq.biz