» » » Sinoptiklərdən sabaha olan hava proqnozu

Sinoptiklərdən sabaha olan hava proqnozu

Sinoptiklərdən sabaha olan hava proqnozu

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ucarliyiq.biz–a verilən məlumata görə sabah hava əsasən yağmursuz olacaq.

Paytaxt və yarımadada şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  22-25° isti, gündüz  32-37° isti, Bakıda gecə 23-25° isti, gündüz  35-37° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 759 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24°, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25°, Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz Avqustun 5-7-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi  saatlarda durğun hava şəraiti,  gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Günorta saatlarında uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 20-25° isti, gündüz  34-39° isti, dağlarda gecə 14-19° isti, gündüz   25-30° isti olacağı gözlənilir.

ucarliyiq.biz