» » » YAP imzatoplama kampaniyasını başa çatdırdı

YAP imzatoplama kampaniyasını başa çatdırdı

YAP imzatoplama kampaniyasını başa çatdırdı

Partiya məlumat yaydı.

Noyabrın 1-nə təyin edilmiş Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş namizədlərin imzatoplama kampaniyası uğurla başa çatdı.

Bu barədə ucarliyiq.biz-a YAP-dan bildiriblər.  

“YAP tərəfindən irəli sürülmüş hər bir namizədin Milli Məclisin üzvlüyünə namizədliyinin rəsmi qeydə alınması üçün Seçki Məcəlləsinin tələb etdiyi miqdarda imza toplanmış və müvafiq dairə seçki komissiyalarına təqdim edilib. 

Sentyabrın 22-nə olan məlumata görə artıq onlardan 17 nəfəri  DSK tərəfindən Milli Məclis üzvlüyünə namizəd kimi rəsmi qeydə alınıb”-deyə, partiyadan bildirilib. 

Qeyd edək ki, imzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1 226 nəfər iştirak edib.