» » » Gələn həftə bülletenlərin çapına başlanılacaq

Gələn həftə bülletenlərin çapına başlanılacaq

Gələn həftə bülletenlərin çapına başlanılacaq

124 dairə seçki komissiyasının tərkibi yenidən formalaşdırılıb.

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyasından Ucarliyiq.biz-a verilən məlumata görə, iclasda respublika üzrə 124 dairə seçki komissiyasının tərkibinin yenidən formalaşdırılması haqda qərar qəbul edilib.

90 saylı Ağdaş seçki dairəsinin tərkibi isə Milli Məclisə keçirilən təkrar seçkilər zamanı formalaşdırılıb.

İclasda bildirilib ki, gələn həftədən etibarən bülletenlərin çapına başlanılacaq.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, MSK Azərbaycan Respublikası Konstitusiyası və Konstitusiyaya dəyişikliklərlə bağlı Referendum Aktı layihəsinin müqayisəli təqdimatının əks olunduğu xüsusi broşüralar hazırlayıb.

O əlavə edib ki, Konstitusiyaya dəyişikliklərlə bağlı Referendum Aktı layihəsinin müqayisəli təqdimatının ölkə üzrə bütün seçicilərə çatdırılması nəzərdə tutulub.

ucarliyiq.biz