» » » Bakının mərkəz yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının mərkəz yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının mərkəz yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir.

“Azəravtoyol” ASC-dən Ucarliyiq.biz-ə daxil olan xəbərə görə, bu çərçivədə axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər, Neftçilər prospektində (Əziz Əliyev küçəsinin başlanğıcından Rixard Zorge küçəsinin kəsişməsinə qədər olan hissəsində) yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq. 

Bununla əlaqədar olaraq sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə edirik.

.
ucarliyiq.biz