» » » Vaqif Səmədoğlunun qeyri-adi məzarı - FOTO

Vaqif Səmədoğlunun qeyri-adi məzarı - FOTO

Vaqif Səmədoğlunun qeyri-adi məzarı - FOTO

“Mən burdayam, İlahi”.

“Məzarı üzərində yazılan misraları 1963-cü ildə, 24 yaşı olanda yazıb. “Mən burdayam, İlahi” cümləsi isə sonuncu kitabının adıdır. Ona sual verdilər ki, “Vaqif müəllim, siz haradasınız?”, cavabında dedi “Allahın olduğu yerdə...”.

Odur ki, biz bunların hamısını cəmləşdirdik və sonda bir qərara gəldik. Nəticədə hamının gördüyü məzarüstü abidə yarandı”.

ucarliyiq.biz xəbər verir ki, bu sözləri modern.az saytına yanvarın 28-də 76 yaşında dünyasını dəyişmiş xalq şairi Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova bildirib.

Şairin məzarüstü abidəsinin sosial şəbəkələrdə paylaşılan şəkli ictimaiyyətdə emosional təsir yaradıb. Vaqif Səmədoğlunun məzarına başdaşı qoyulmayıb, qəbirüstü abidə yalnız sinədaşından ibarətdir. Sinədaşında şairin yaradıcılığından bir neçə misra sitat gətirilib və həmin misralara uyğun olaraq məzar üstünə bir cüt ayaqqabı da qoyulub. 
Bu barədə danışan Nüşabə xanım məzarın ətrafında mərhum şairin  mərasiminə kimi yaşıllaşma işlərinin aparılacağını deyib:

“Büst olmayacaq. Elə o misralarda hər şey deyilir: “Məzarıma nə başdaşı qoyun, nə gül...”. Yəqin yadınızdadır, o, rəhmətə gedəndə bir gənc qız evindən bir cüt ayaqqabı gətirərək, məzarın başına qoydu. Elə bil ki, o bizim üçün bir ideya oldu. Bu dəqiqə oradan gəlirəm. Arxitektorla da danışdım. İlinə kimi məzarının ətrafı yaşıllaşdırılacaq”.

Vaqif Səmədoğlunun qeyri-adi məzarı - FOTO

Vaqif Səmədoğlunun qeyri-adi məzarı - FOTO