» » » Sekuta: Azərbaycan haqlı olaraq tolerant ölkə kimi tanınır

Sekuta: Azərbaycan haqlı olaraq tolerant ölkə kimi tanınır

Sekuta: Azərbaycan haqlı olaraq tolerant ölkə kimi tanınır

“Dözümsüzlük qüvvələrinə qarşı mübarizə aparmalıyıq”.

Azərbaycan haqlı olaraq bütün irq və məzhəblərə tolerant və dostluğunun uzun bir tarixi olması ilə tanınır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Şəkidə Kiş məbədinə ziyarəti zamanı deyib. 

“Fikrimcə, bu kilsəyə səfər olduqca ilhamverici və maraqlıdır. Bu, həqiqətən bir çoxlarının uğur hekayəsidir. Kilsəni bərpa edən və onu qoruyub saxlayan heyətə bu səfərdə bizi müşayiət etdiklərinə görə çox minnətdaram. Tur Heyerdal və Norveç hökümətinin bu abidənin qorunub saxlanmasına yardımı dərin təsir bağışlayır. Azərbaycan hökümətinin də bu mədəni irsin bərpası və qorunmasında iştirakı təqdirəlayiqdir”, - səfir deyib. 

Robert Sekutanın sözlərinə görə, bir çox qüvvələr Azərbaycanın nail olduğu başqalarına hörmətə qarşı çıxır. 

“Hər millətdə, hər dövrdə həmin xoş meyilləri möhkəmləndirməli və dözümsüzlük qüvvələrinə qarşı mübarizə aparmalıyıq”, - səfir qeyd edib.