» » » At arabasının iştirakı ilə qəza baş verib, ölən var

At arabasının iştirakı ilə qəza baş verib, ölən var

At arabasının iştirakı ilə qəza baş verib, ölən var

Ölәn şəxs – Xaçmaz rayonu Bәyqışlaq kәnd sakini Sәfәrәliyev Anar Qәzәnfәr oğlu xәstәxanaya aparılarkən dünyasını dәyişib.

Bu gün sәhәr saatlarında Gәndob-Yalama yolunun 23-cü km-dә, Xaçmaz rayonu әrazisindә yol-nәqliyyat hadisәsi baş verib.

Ucarliyiq.biz APA–ya istinadən xəbər verir ki, “Range Rover” markalı avtomobil at arabası ilә toqquşub.

Nәticәdә bir nәfәr ölüb, iki nәfәr xәsarәt alıb.

Ölәn şəxs – Xaçmaz rayonu Bәyqışlaq kәnd sakini Sәfәrәliyev Anar Qәzәnfәr oğlu xәstәxanaya aparılarkən dünyasını dәyişib. Hadisədə xәsarәt alanlar isə Qaradağbuduq kәnd sakini, 1996-cı il tәvәllüdlü Sәfәrәliyev Nurlan Qafar oğlu vә Quba rayonu, Vәlvәlә kәnd sakini, 1979-cu il tәvәllüdlü Mәhәmmәd Mansurovdur.

M. Mansurovun vәziyyәti ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ucarliyiq.biz