» » » Bakıda məktəbdə yanğın olub

Bakıda məktəbdə yanğın olub

Bakıda məktəbdə yanğın olub

Bakının Suraxanı rayonunda Təhsil Nazirliyinə məxsus hazırda fəaliyyət göstərməyən orta məktəbin ərazisində yanğın olub.

Ucarliyiq.biz Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə ümumi sahəsi 200 m2 olan idman zalının dam örtüyü 140 m2 sahədə yanıb.
Dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.