» » » Dilarə Əliyeva: Ən dəhşətli nəticələrə yerimizin səhv düşməyi səbəb olur

Dilarə Əliyeva: Ən dəhşətli nəticələrə yerimizin səhv düşməyi səbəb olur

Dilarə Əliyeva: Ən dəhşətli nəticələrə yerimizin səhv düşməyi səbəb olur

“İnsan cəmiyyətdə rolunu, yerini ilk olaraq özü üçün müəyyənləşdirməlidir”.

Ucarliyiq.biz sentyabrın 22-dən paytaxtın bütün kinoteatrlarında təqdim ediləcək “Ölülər XXI əsr” filmində baş rollardan birinin ifaçısı, Azərbaycanın Əməkdar artisti, teleaparıcı Dilarə Əliyeva ilə müsahibəni təqdim edir. 

- Uğur meyarı Dilarə Əliyeva üçün necə müəyyən edilir?

- Tamaşaçı rəğbəti ən əsas göstəricidir, ərsəyə çatdırdığımız işə tamaşaçı marağı sərf etdiyimiz zəhmətin hədər getmədiyini göstərir.

Dilarə Əliyeva: Ən dəhşətli nəticələrə yerimizin səhv düşməyi səbəb olur

- Bu dəfə təklif C.Məmmədquluzadənin “Ölülər” əsərinin müasir interpretasiyası olan “Ölülər XXI əsr” filmində əsas rollardan birini yaratmaq idi...

- Bizim “Planet Parni iz Baku” teatrı ilə müştərək işlərimiz olub və deyə bilərəm ki, hamısı uğurlu alınıb. Bu isə birgə tondemimizin alındığını sübut edir. Tahir İmanovun işə ciddi yanaşması, sözündə bütöv olması bu komadadan gələn təklifləri dəyərləndirmək olar deməkdir.

Əslində ilkin olaraq mənə başqa xarakter təklif edilmişdi. Amma işin gedişatında bu personajı təklif etdilər və böyük məmnuniyyətlə qəbul etdim. Ümumiyyətlə, klassiklərə, onların yaratdığı əsərlərə və obrazlara gəldikdə isə mənim fikrimcə, onlar həm xoşbəxt, həm də bədbəxt insanlardır. Xoşbəxtdirlər ona görə ki, hər insanın yazdığı əsər klassikaya çevrilib illər, əsrlər keçdikdən sonra oxunmur. Bədbəxtdirlər ona görə ki, onların yaratdığı obrazlar cəmiyyətdə hələ də mövcuddurlar.

- Yaratdığınız obraz haqqında danışardınız...

- Deməli, personajın adı Mərziyyədir, bu yaşı keçmiş, ailə qurmamış, bisavad biridir. Buna baxmayaraq, orta məktəbdə müəllimə vəzifəsində çalışır. Onun həyatında ən böyük arzusu ailə qurmaqdır. Çəkiliş zamanı bu obrazın arzuları, ifadələri qrupun üzvlərinin ürəyinin ağrıdırdı. Hətta bu onun üçün bir işıqlı sonluq istəyini meydana gətirdi.  

Dilarə Əliyeva: Ən dəhşətli nəticələrə yerimizin səhv düşməyi səbəb olur

Dilarə Əliyeva: Ən dəhşətli nəticələrə yerimizin səhv düşməyi səbəb olur

- Film haqqında ilk reportajda, aktyorların çox fərqli imicdə çıxış etdiklərini bildirmişdik. Mərziyyənin xarci görünüşü sizdə nə hiss yaratdı?

- Yaratdığım personajın tipajını, xarici görünüşünü Tahir İmanovla bərabər yaratdıq və xüsusi qrim də hazırladıq. Məşqlər zamanı maraqlı fikirlər yaranırdı, onların arasında dətəklənənlər də oldu, nəticədə obrazın leytmotivi yarandı. Çəkilişlər Qəbələdə oldu, burda olan çəkilişlərimiz ilə üst-üstə düşdüyü üçün bir qədər çətin idi. Amma iş o qədər cəlb etmişdi ki, bu çətinlik heç gözümə görünmədi. İnanın bu müddət ərzində 10 dəfədən də çox Qəbələyə getməli oldum.

- Çəkiliş müddəti uzun zaman yollarda oldunuz, bu yorğunluq çəkilişə təsir edirdi?

- Çəkilişlərin aparıldığı Qəmərvan kəndi, o qədər gözəl idi ki, inanın göz oxaşyırdı. Yorğunluqdan əsər-əlamət qalmırdı, insanın ruhu dincəlirdi. Deməli, bu gözəlliyə heyran qaldığım an, elə qrimdə, telefonu götürdüm ki, selfi çəkim, inanın şəkilə baxıb özüm şok oldum (gülür). Buna görə də selfi fikrindən yan keçdim.

- Mərziyyəyə Dilarə Əliyevanın əlavələri oldu?

- Bəli, mən öz improvizələrimi etdim, müəyyən təkliflər verdim. Sağ olsunlar qəbul etdilər və nəticədə belə maraqlı bir obraz meydana çıxdı (gülür).  

Dilarə Əliyeva: Ən dəhşətli nəticələrə yerimizin səhv düşməyi səbəb olur

Dilarə Əliyeva: Ən dəhşətli nəticələrə yerimizin səhv düşməyi səbəb olur

Dilarə Əliyeva: Ən dəhşətli nəticələrə yerimizin səhv düşməyi səbəb olur

- Personajın xarici görünüşünə necə, əlavələriniz oldu?

- Bəli, oldu. Amma onu deyim ki, personajın necə göründüyünü çəkilişlərə qədər heç kim bilmirdi. Deməli, qrim olundum, çəkiliş meydançasına gəldim, hamı şok oldu (gülür), yəni bu Mərziyyəni heç kim belə təsəvvür etmirdi (gülür).

- Dilarə xanım, personajınızın mesajı nə idı?

- Təbii ki, hər bir işin, yaradılan hər bir obrazın mesajı var. Mənim xarakterimin mesajı yeri səhv düşən insanların cəmiyyətə hansı ziyanı gətirə biləcəyidir. Yəni layiq olmadığı yeri tutmaqla, o işi bacaran və ora layiq olan, həmin yerdə olacağı halda başqa bir insanın cəmiyyətə verəcəyi faydanın qarşısının alınmasıdır. Bu Mərziyyə də heç bir savadı olmadan müəllimə çalışır, təbii ki, uşaqlara heç nə öyrədə bilməz. Müəyyən müddət keçdikdən sonra o, öz yerini tapır. Yəni həqiqətən də ən dəhşətli nəticələrə yerimizin səhv düşməyi səbəb olur.

- Dilarə həyatda Mərziyyələrlə qarşılaşıb?

- O qədər (gülür). Təsəvvür edə bilməyəcəyiniz qədər çox. Elə insanlarla qarşılaşanda düşünürəm, görəsən, bu insan ünsiyyətdə olduqlarına hansı informasiyanı çatdıra bilər? Bu insanın cəmiyyət üçün faydası nədir? Amma bütün bunlara baxmayaraq, hər bir insanın xoşbəxt olmağa haqqı var. Bəziləri üçün xoşbəxtlik məhz layiq olduğu yerdə olmaqdan başlayır. Amma həmin haqqa sahib də çıxmaq lazımdır.

- Mərziyyənin öz amalına çatmaq üçün atdığı addımlar niyə uğursuz olurdu?

- Çünki insan ilk öncə özünə hesabat verməlidir. Qarşısına qoyduğu məqsədə çatmaq üçün seçdiyi vasitələrin, yolların nə dərəcədə məqsədəuyğun olduğunu nəzərdən keçirməlidir. Yersiz hərəkət, yersiz sözlər insana qarşı qeyri-ciddi münasibət yaradır. İnsan cəmiyyətdə rolunu, yerini ilk olaraq özü üçün müəyyənləşdirməlidir. Bunu edə bilirsə, deməli, məqsədinə gedən yolda addımlayacaq və istədiyinə nail olacaq.

Dilarə Əliyeva: Ən dəhşətli nəticələrə yerimizin səhv düşməyi səbəb olur

Dilarə Əliyeva: Ən dəhşətli nəticələrə yerimizin səhv düşməyi səbəb olur

- Müasir Mərziyyələrə sözünüz...

- İlk olaraq demək istərdim ki, indiki və gələcək Mərziyyələrdən Allah bizi qorusun (gülür). Ümumiyyətlə, ən asan iş məsləhət verməkdir, sözümü necə deyim ki, məsləhət yox, ürəyi yanmaq kimi alınsın... Onlara sadəcə öz hərəkətlərinə qiymət verməyi öyrənməyi, ağıllı sözə qulaq asmağı, nəticə çıxarmağı öyrənsinlər demək istərdim... Görürsüz, yenə məsləhət vermək alındı... o ki, qaldı mənim Mərziyyəmin aqibətinə, onu tamaşaçılar filmə baxdıqda biləcəklər (gülür).

Sonda isə demək istərdim ki, filmdə sətiraltı mesajlar çoxdur. Ümid edirəm ki, bu işimiz də tamaşaçılar tərəfindən bəyəniləcək və gələcəkdə onlara təqdim etmək istədiyimiz işlərimiz üçün stimul yaradacaq. Hər kəsi filmə baxmağa dəvət edirəm.

Səbinə Səmidxan
ucarliyiq.biz