» » » Xədicə İsmayılovanın cəza müddəti azaldıldı

Xədicə İsmayılovanın cəza müddəti azaldıldı

Xədicə İsmayılovanın cəza müddəti azaldıldı

Məhkəmə onun barəsində seçilmiş cəza müddətini 3 il 6 aydan 2 il 3 aya qədər azaldıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalisit Xədicə İsmayılovanın şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə X.İsmayılova barəsində olan Cinayət Məcəlləsinin 192-ci maddəsi üzrə işə xitam verilməsini istəyib.

Məhkəmə onun barəsində seçilmiş cəza müddətini 3 il 6 aydan 2 il 3 aya qədər azaldıb.

Qeyd edək ki, X.İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X.İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.