» » » Tələbə köçürülməsi və ixtisas dəyişmə elektron qaydada aparılacaq

Tələbə köçürülməsi və ixtisas dəyişmə elektron qaydada aparılacaq

Tələbə köçürülməsi və ixtisas dəyişmə elektron qaydada aparılacaq

Təhsil naziri Mikayıl Cabbarov ali təhsil müəssisələrində təhsil alanların köçürülməsi və ixtisaslarının dəyişməsi prosesinin elektronlaşdırılması barədə əmr imzalayıb.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, əmrə əsasən tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq bakalavriat səviyyəsində təhsilalanların bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin transfer.edu.az elektron portalı vasitəsilə aparılmasına başlanılacaq.

Əmrlə müəyyən edilib ki, ali təhsil müəssisələrinə köçürülmə və ixtisasların dəyişdirilməsi prosesi Təhsil Nazirliyinin elektron portalı (transfer.edu.az) ilə yanaşı Azərbaycan Respublikası təhsil nazirinin 14.02.2014-cü il tarixli 194 nömrəli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ında müəyyən edilmiş  prosedur əsasında da aparıla bilər.

ucarliyiq.biz