» » » Azadlıq prospektində nəqliyyatın hərəkətində dəyişikliklər edilib – FOTO + VİDEO

Azadlıq prospektində nəqliyyatın hərəkətində dəyişikliklər edilib – FOTO + VİDEO

Azadlıq prospektində nəqliyyatın hərəkətində dəyişikliklər edilib – FOTO + VİDEO

Dəyişikliyə görə, avtonəqliyyat vasitələrinin prospektdən sağa Cəfər Xəndan küçəsinə işıqfordan dönmək qadağan olunub.

Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək, həmçinin yollarda sıxlığı aradan qaldırmaq istiqamətində “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir.

“Azəravtoyol” ASC-dən Ucarliyiq.biz-a verilən məlumata görə, bu çərçivədə Azadlıq prospektində avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilib.

Dəyişikliyə görə, avtonəqliyyat vasitələrinin prospektdən sağa Cəfər Xəndan küçəsinə işıqfordan dönmək qadağan olunub. Bunun əvəzinə sürücülərin kəsişməyə çatmamış köməkçi yoldan istifadə edərək maneəsiz sağa doğru hərəkət etmələri üçün şərait yaradılıb. C.Xəndan küçəsinə doğru rahat hərəkəti təmin etmək üçün köməkçi yolda genişləndirmə işləri aparılıb, asfalt-beton örtüyü yenilənib.

Tətbiq olunan daha bir dəyişiklik isə müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçündür.  Belə ki, avtobusların ümumi hərəkətə mane yaratmadan hərəkətini təmin etmək, bununla da sıxlığı aradan qaldırmaq üçün onların Cəfər Xəndan küçəsi ilə kəsişmədən prospektin əsas yolu ilə Süleyman Sani Axundov küçəsi ilə kəsişməyə doğru (Azadlıq metro stansiyası) hərəkətinə qadağa qoyulub. Artıq onların hərəkəti köməkçi yola yönəldilib.

Avtobuslar da C.Xəndan küçəsi ilə kəsişməyə çatmamış köməkçi yola daxil olurlar. Daha sonra kəsişməni keçərək yan yolla hərəkətlərinə davam edə bilirlər. Bunun üçün sözügedən ərazidə təmir işləri aparılıb, əlavə “cib”li avtobus dayanacaqları inşa edilib, zəruri olan yerlərdə yol nişanları və Cəfər Xəndan küçəsi ilə kəsişməyə əlavə işıqforlar quraşdırılıb.

Sərnişin avtobuslarının və digər avtonəqliyyat vasitələrinin prospektin yan yolundan Məsud Davudoğlu küçəsinə (6-cı mkr. istiqaməti) keçidini təmin etmək üçün əsas yola doğru yeni hissə açılıb. Yeni yol hissəsindən Məsud Davudoğlu küçəsinə keçid işıqforlarla tənzimlənir.

Süleyman Sani Axundov küçəsinə doğru irəliləyən avtobuslar isə sözügedən küçə ilə kəsişmədə yaradılan xüsusi dayanacaqlı hissəyə daxil olduqdan sonra M.Ə.Rəsulzadə qəsəbəsinə doğru prospekt boyunca hərəkətlərinə davam edə biləcəklər. Sözügedən küçə ilə prospektə doğru hərəkətdə olan avtonəliyyat vasitələri üçün geri dönməni təmin etmək məqsədi ilə yeni yol hissəsi də salınıb.

Əks istiqamətdən gələn ictimai nəqliyyat üçün də sözügedən kəsişmədə xüsusi dayanacaqlı hissə yaradılıb. Bura daxil olan avtobusların hərəkəti müəyyən bir məsafədə köməkçi yolla yönəldilib. Daha sonra avtobuslar prospektin əsas yoluna çıxaraq hərəkətlərinə davam edə bilirlər.

Qeyd edək ki, “Azəravtoyol” ASC tərəfindən edilən dəyişikliklər prospektin sözügedən hissəsində sıxlığın aradan qaldırılmasına müsbət təsir etmiş olacaq.

ucarliyiq.biz