» » » “Trump Tower Baku”da yanğın olub – VİDEO

“Trump Tower Baku”da yanğın olub – VİDEO

“Trump Tower Baku”da yanğın olub – VİDEO

Birləşmiş Ştatlarda prezidentliyə namizəd Donald Trampın Bakıda yerləşən “Trump Tower Baku” binasında yanğın hadisəsi baş verib.

Ucarliyiq.biz Baku.ws-ə istinadən bildirir ki, əraziyə üç yanğınsöndürən maşın cəlb edilib.

Yanğının qarşısı alınıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Trump Tower Baku” paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, 72 mənzil və 189 ayrı hotel nömrəsindən ibarət çoxmərtəbəli binadır. Hündürlüyü 130 metr olan “Trump Tower Baku” 33 mərtəbədən ibarətdir. Azərbaycanın beş ən yüksək binasından biri hesab olunur.

ucarliyiq.biz