» » » Bakının bəzi ərazilərində su olmayacaq

Bakının bəzi ərazilərində su olmayacaq

Bakının bəzi ərazilərində su olmayacaq

Xəzər rayonunun Buzovna qəsəbəsində içməli suyun verilməsində problem yaranacaq.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Ucarliyiq.biz-ə verilən məlumata görə, bu, həmin qəsəbənin Təmənis yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədardır. 

Belə ki, sabah gün ərzində Maştağa və Buzovna qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.